Qurban

Qurban kəsmənin şərtləri

Qurban kəsməklə məsul olan şəxsdə aşağıdakı  4 şərtin dördü də olmalıdır.
1)    Müsəlman olmalıdır
2)    Ağlıbaşında və həddi-büluğa çatmış olmalıdır
3)    Səfərdə olmamalıdır
4)    Nisab miqdarında mala sahib olmalıdır (Nisab, fərdin borcundan savayı 85 qram qızıl, 595 qram gümüş və ya bunların qiyməti dəyərində pul və ticarət malına sahib olmaqdır).

Qurban kəsiləcək heyvanda zəruri olan şərtlər

Qurban ibadətini yerinə yetirə bilmək üçün kəsiləcək qurbanlıq heyvanlarda da bəzi xüsusiyyətlər olmalıdır. Bunlar aşağıdakılardır.
1.    Qurban qoyun, keçi, dəvə və inək cinsindən olan heyvanlardan kəsilə bilər. Bu heyvanların həm erkəkləri, həm də dişiləri qurban olaraq kəsilə bilər.
2.    Qoyun və keçi cinsindən heyvanları qurban kəsə bilməj üçün onların bir yaşında olmaları lazımdır. Əgər altı aylıq qoyun bir yaşındakı qoyun qədər cüssəli və gözəgəlimlidirsə, qurban olaraq kəsilmləsi caizdir. İnək və camış cinsindən heyvanlar iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban olaraq kəsilə bilər. Qoyun və keçidən hər biri yalnız bir şəxs adına qurban edilər. Dəvə və sığır (inək, buğa, camış) cinsindən biri heyvan isə birdən yeddiyə qədər şəxslər tərəfindən qurban edilə bilər.
3.    Allaha ibadət məqsədi ilə kəsilən qurban sağlam, kök və əzaları yerində olmalıdır.
Qüsurlu olmamalıdır. Əgər hər hansı bir qüsuru olarsa, o zaman qurban olaraq kəsilə bilməz.

Heyvanın qurbanlıq olmasına mane olan qüsurlar

* Bir və ya iki gözünün kor olması
* Kəsiləcəyi yerə gəzə-gəzə gedə bilməyəcək qədər topal olması
* Bir və ya iki qulağının kəsilmiş olması
* Dişlərinin çoxunun və ya hamısının tökülməsi
* Buynuzlarının birinin və ya hər ikisinin dibdən qırılmış olması
* Xaya və məmə uclarının qopuq olması
* Quyruğunun yarısı və ya üçdə birindən çoxunun kəsilmiş olması
* Sümüklərində ilik qalmayacaq qədər zəif və halsız olması
* Doğuşdan qulaq və quyruğunun olmaması
* Nəzarət altına alınıb sürüyə göndərilməyəcək və yemləndirilə bilməyəcək qədər dəli olması
* Aşkar halda xəstə olması

Alınan qurbanda yuxarıdakı qüsurlar olarsa və ya daha sonradan meydana gələrsə, yerinə başqasını alıb kəsmək lazımdır. Ancaq, yoxsul birinin aldığı qurban belə qüsurlu olarsa, yerinə başqasını almaya bilər.

Heyvanın qurbanlıq olmasına mane olmayan qüsurlar

1)    Gözlərinin çəp olması və ya zəif görməsi
2)    Bir ayağı topal olub, digər üç ayağı ilə axsayaraq da olsa yeriə bilməsi
3)    Doğuşdan buynuzsuz və ya buynuzunun qırılmış olması
4)    Qulaqlarının yarıq və ya uclarının kəsilmiş və sallaq olması
5)    Dişlərinin bəzilərinin düşmüş olması
6)    Otlamağına mane olmayacaq dərəcədə dəli olması
7)    Quyruğunun, xayalarının və ya qulağının eçdə birindən daha az hissəsinin kəsik olması
8)    Doöuşdan qulaqlarının kiçik olması
9)    Qotur, amma kök olması
10) Cinsi orqanının burulmuş olması (axtalanmış)

Yuxarıda saydığımız qüsurları özündə daşıyan heyvanların qurban kəsilməsi məkruh olmaqla yanaşı yenə də caizdir (icazə verilir).

Qurban kəsmə şəkli

1.    Qurbanlıq heyvan incidilmədən qibləyə tərəf yatırılır.
2.    Ayaqda ikən duası oxunur.
3.    Üç dəfə “Allahu Əkbər, Allahu Əkbər, lə iləhə illəllahu vəllahu əkbər, Allahu Əkbər və lilləhilhamd”,-deyə təkbir alınır və bu şəkildə niyyət edilir:
“Ya Rəbb! Bu bədənim sənə qarşı o qədər xəta, o qədər üsyan etdi ki, əfv edilə bilmək üçün bu bədəni sənə qurban etməyim zəruridir. Ancaq, sən şəriətinlə insanı qurban etməyi haram etdiyinə görə vücudumun əvəzi olaraq bu heyvanı kəsirəm, qəbul elə, YaRəbbi, Bismillahi Allahu Əkbər”,-deyib qurban kəsilir.
   Qurban sahibinin qurbanını şəxsən özünün kəsməsi və ya müsəlman birisinə kəsdirməsi və kəsim ərəfəsində özünün də orada olması müstəhəbdir. Kəsilən qurbanın əti üç yerə ayrılır. Bir qismi ev üçün ayrılır, üçdə biri qohum və qonşular arasında paylaşdırılır. Geriyə qalan üçdə biri də kasıblara və möhtaclara verilir.