Həcc

             Müqəddəs Yolçuluq
“Məqbul olan həccin qarşılığı cənnətdən başqa bir şey deyildir.”
                                          (Hədisi Şərif)

Həcc ilin müəyyən günlərində müəyyən yerləri, müəyyən üsullarla ziyarət etməkdir. Bu ziyarət həcc niyyəti ilə ehrama girib, Ərəfatda vəqfədə olmaq və Kəbəni təvaf etməkdən ibarətdir. Ehram həccin şərti, vəqfi və təvaf isə onun rüknləridir (əsasları).
   İstər kişi, istərsə də qadın olsun, həccin şərtlərini daşıyan, yəni sağlamlıq və sərvət baxımından həcc etmə imkanına sahib olan hər müsəlmanın ömründə bir dəfə həccə getməsi fərzdir. İmkan ələ keçincə, gecikdirilmədən yerinə yetirilməsi gərəkdir.

  Həccin fərz olmasının şərtləri

Bir şəxsə həcc ibadətinin fərz ola bilməsi üçün aşağıdakı şərtlər vacibdir.
1.    Müsəlman olmaq
2.    Yetkinlik çağına girmək
3.    Ağıllı olmaq
4.    Azad olmaq
5.    Əsas ehtiyaclarına və evinə dönüncəyə qədər ailə fərdlərinə yetəcək, yol və vasitə məsrəflərini ödəyəcək qədər pula sahib olmaq.

  Həccin yerinə yetirilməsi üçün fərz olan şərtlər

Üzərinə həcc ibadəti fərz olan bir şəxsin bu fərzi şəxsən yerinə yetirə bilməsi üçün lazım olan şərtlər bunlardır:
1.    Sağlam olmaq. Həcc etməklə mükəlləf olan şəxsin səhhətinin buna əlverişli olması lazımdır. Fiziki cəhətdən həccə getməyə mane bir xəstəliyi olan şəxsin yerinə vəkil göndərməsi və ya bunu vəsiyyət etməsi lazımdır.
2.    Yol təhlükəsizliyi. Həccə getmə və gəlməyə mane olan müharibə və s. kimi bir durumun olmaması.
3.    Qadının əri və ya məhrəminin (oğlu, qardaşı, atası kimi, nikaha girməsi caiz olmayan bir yaxınının) yanında olması.
4.    Əri vəfat edən və ya boşanmış olan qadın iddətinin (ərindən boşanandan 100 gün ya da əri vəfat edən qadının 130  gün keçəndən sonra təzədən ərə getmək üçün gözləməyə məcbur olduğu müəyyən bir müddət) bitmiş olması.
5.    Həbs kimi bir əngəlin olmaması.

  Həccin səhih olmasının şərtləri

Ediləcək həccin səhih ola bilməzi üçün aşağıda göztərilən 3 şərtin ödənilməsi lazımdır:
1.    Ehram. Həcc etməyə niyyət edən şəxsin başqa zamanlarda etməsi mübah olan bəzi fel və davranışları, həccin rüknləri (əsasları) tamamlanıncaya qədər özünə haram qılması deməkdir.
2.    Zaman. Həccin fərzlərini, yəni ehrama girmə, Ərəfat Vəqfəsi və ziyarət təvafını müəyyən edilmiş vaxtlarda yerinə yetirmək həccin səhih olmasının əsas şərtidir.
    Həcc Şəvval, Zilqadə aylarının tamamı, Zilhiccə ayının ilk on günü içində yerinə yetirilir. Həcc mənasikindən (İbadət ediləcək yerlər. İbadət ədəb və üsulu) hər biri (vəqfə, təvaf, səy, şeytan daşlama) bu aylar içində müəyyən edilmiş vaxtlarda yerinə yetirilməlidir. Bu şərtlər daxilində yerinə yetirilməzsə, həcc səhih olmaz.
3.    Məkan. Həccin fərzlərinin xüsusi məkanlarda yerinə yetirilməsi lazımdır. Bu da Ərəfat vəqfəsinin Ərəfat sərhədləri daxilində və təvafın da Kəbənin ətrafında və məscidin sərhədləri daxilində edilməsi deməkdir.

  Həccin Rüknləri

1.  Ərəfat Vəqfəsi

Ərəfat vəqfəsi edilməzsə, həcc səhih olmaz. Bu Məkkənin təxminən 25 km. Cənub şərqində yerləşən və haram bölgəsi xaricində qalan, sərhədləri işarələnmiş olan Ərəfat bölgəsində yerinə yetirilir. Həcc əsnasında Ərəfata çıxmayan zəvvarın Həcci səhih olmaz. Çünki hədisdə də buyurulduğu kimi: “Həcc Ərəfatdır!”.
 
 Vəqfənin səhih olmasının şərtləri bunlardır:

 1.   Həcc etmək niyyəti ilə ehramlı olmaq.
2.   Vəqfəni Ərəfat hüdudları içində və Ərəfə günü zəval vaxtından (zöhr namazının giriş vaxtı) bayram səhəri “fəcr-i sadiq”ə, yəni dan yerinin ağarmasına (səhər namazının giriş vaxtı) qədərki zaman içində yerinə yetirmək.