Wednesday, May 16, 2012

Nə cür hazırlıq?

   Yusif adında bir gənc dostları ilə birlikdə vaxtı ilə hər kəsin hörmətini qazanmış bir İslam böyüyü olan Hatəmi Əsamın ziyarətinə gəlmişdi. Söhbət əsnasında Hatəmə belə bir sual verirlər:
-Siz namaza necə hazırlaşırsınız?
   O da: -Namaza durmamışdan əvvəl, sağ tərəfimdə cənnəti, sol tərəfimdə cəhənnəmi fikirləşirəm. Siratı da ayaqlarımın altında, təbii ki, əməllərin ölçüləcəyi mizan-tərəzini də gözümün qabağında təsəvvür edirəm. Hz. Əzrailin namazı bitirən kimi canımı almaq üçün arxamda gözlədiyini düşünürəm. Bir də Uca Allahın (mən Onu görməsəm də) məni gördüyünü və hər an vücudumu və qəlbimi izlədiyini hiss edirəm, - deyir.
   Yusif təəccüblə:
-Siz namazı nə vaxtdan belə qılırsınız, -deyə soruşur.
   Hatəm:
-İyirmi ildən çox,-cavabını verir.


*İndi bu cür namaz qılanlar nə qədərdir, çox maraqlıdır. Bu namaz möhtəşəmlikdən başqa nədir?Siz necə düşünürsünüz? Sadəcə oxumaqla deyil, fikirlərinizi də bölüşsəniz, çox şad olaram :)